Bakı. Trend:
“Araz-Naxçıvan” yeni mərkəz müdafiəçisi ilə anlaşıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, İssouf Paro bu gün tibbi müayinədən keçibvə onunla 1 illik müqavilə imzalanıb.
Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasınavətənində “Ouagadougou” klubunda başlayıb. O, həmçinin, müxtəlifillərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”,“Concarneau” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” 4 turdan sonra 7 xalla Azərbaycançempionatında 4-cüdür.