AZ

3-ü terrorçu olmaqla 20 nəfər saxlanılıb

Türkiyə Milli Müdafiə Nazirliyi 3-ü terror təşkilatı üzvü olan 20 nəfərin Türkiyədən Bolqarıstana, Suriyadan isə Türkiyəyə qanunsuz keçməyə cəhd edərkən yaxalandığını açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

"Ölkəmizdən Bolqarıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 20 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 2-nin İŞİD, 1-nin isə PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
sia.az

1Mənbələr