AZ

“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib

“Araz-Naxçıvan”

Bakı, 3 sentyabr, AZƏRTAC

“Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 29 yaşlı mərkəz müdafiəçisi İssuf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan oyunçu karyerasına vətənində “Ouaqaduqu” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Nyor” və “Konkarno” komandalarında çıxış edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
20
azertag.az

10Mənbələr