AZ

Burkina Faso hakimiyyəti fransız diplomatlara viza verməkdən imtina edir — ÖZƏL

Olaylar.az xəbər verir ki, "Jeune Afrique" jurnalı vəziyyətlə tanış olan mənbəyə istinadən yazır ki, Burkina Faso hakimiyyəti iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda bəzi fransız diplomat və rəsmilərinə viza verməkdən imtina edir.

"Bəzi fransalı diplomat və rəsmilərə Burkina-Faso hakimiyyəti tərəfindən viza verilmədi".

Jurnal Qərbi Afrika ölkəsində bir qrup hərbi zabitin hakimiyyətə gəlməsindən sonra Paris və Uaqduqu arasında münasibətlərin kəskin şəkildə pisləşdiyinə diqqət çəkir. Xüsusilə, Burkina Faso 2022-ci ilin dekabrında Fransa səfiri Luc Hallade-ni ölkədən çıxardı və hazırda Fransa missiyasına nazir müşaviri rəhbərlik edir. Səfirlik həmçinin kadr çatışmazlığı ilə üzləşir, çünki iki siyasi məsləhətçi personae non qrata elan edilib və 2024-cü ilin aprelində ölkədən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
olaylar.az

1Mənbələr