AZ

Onlayn iş rejiminin təhlükəsi… - SOSİOLOQDAN XƏBƏRDARLIQ

“Hamımız çoxluq olan yerdəyik, amma hamımız tənhayıq”

“İnsanların əksəriyyəti pandemiya dövründə onlayn iş rejimi ilə tanış oldu. Ona qədər müəyyən qisim insan vardı ki, onlayn işləyirdilər, bu, kütləvi hal deyildi. Amma pandemiya dövründə həm təhsil, həm iş onlayn rejimə keçdiyi üçün sosiallaşma minimuma endi”.

Bu fikirləri onlayn iş rejimi barədə “Hürriyyət”ə danışan sosioloq Lalə Mehrəli deyib.

“İnternetin həyatımıza girdiyi dövrdən bəri sosiallaşmamız demək olar ki, minimum səviyyədədir. Biz yaxınlıqda yaşayan valideynlərimizlə belə “WhatsApp” vasitəsilə əlaqə saxlayırıq. Dostlarımızla görüşüb, üzbəüz söhbət etmək yerinə, onlayn zəngə qoşub, sosiallaşmağı seçirik. Real ünsiyyət minimuma endiyinə görə də ciddi formada ünsiyyətsizlik problemi yaranır. Ünsiyyətsizlik psixoloji, mənəvi problemlərə səbəb olur”, - deyə sosioloq əlavə edir.

Müsahibimiz qeyd edir ki, bir-birimiz ilə ünsiyyət saxlamadığımız üçün bu ehtiyacımız ciddi şəkildə içimizdə depolanır: “Bu, bizi depressiv vəziyyətə salır, psixoloji olaraq çökdürür. Ona görə də onlayn rejimlə işləmək yerinə ictimaiyyətin içinə çıxmaq lazımdır. Düzdür, elə işlər var ki, o sadəcə onlayn şəkildə yerinə yetirilir. Bu işlər istisnadır. Bəzən olur ki, fiziki əngəlli insandır, icitimaiyyət içinə çıxmaqda çətinliyi var, hər evdən çıxanda çətinliklər yaşayır, onun üçün onlayn iş rejimi daha rahatdır. Bu cür vəziyyətlərdə onlayn iş rejimi həyat qurtarandır.  Amma real təmasdan imtina edib, onlayn işləmək sağlam insan üçün gərəksizdir. Əgər məcburiyyət yoxdursa, kollektivlə görüşərək ənənvi qaydada işləmək lazımdır. Belə olan vəziyyətdə həm ünsiyyət ehtiyacımızı ödəyirik, həm də sosiallaşırıq. Bu, bizim psixologiyamız və mənəviyyatımız üçün də lazımlı vəziyyətdir. Ünsiyyətsizlik bizi biz olmaqdan uzaqlaşdırır. İnsanı insanlıqdan çıxarır. Məhşur Robinzon Kruzo ünsiyyəti unutmamaq üçün topdan özü-özünə qəhrəman yaradır. Ona ağız, burun, qulaq çəkib onunla hərgün danışır. Bunun sayəsində o adada uzun müddət insan kimi qala bilməyi bacarır. Bizim hamımız o vəziyyətdəyik. Hamımız çoxluq olan yerdəyik, amma hamımız tənhayıq. Səbəbi də virtual münasibətlərin inkişaf etməsidir”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
hurriyyet.az

1Mənbələr