AZ

ABŞ Maduronun “prezident təyyarəsinə” əl qoydu– Dominikanda ələ keçirilən təyyarə Floridaya aparıldı

Image

ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun istifadə etdiyi Dassault Falcon 900EX təyyarəsini Dominikan Respublikasında müsadirə edib.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Maduronun adətən xarici səfərlərdə istifadə etdiyi təyyarənin ələ keçirildiyi bildirilib. Maduronun Dassault Falcon 900EX təyyarəsinin Dominikanda müsadirə edildiyini paylaşan ABŞ Baş prokuroru Merrik Qarland, təyyarənin qeyri-qanuni olaraq bir aracı şirkət vasitəsilə 13 milyon dollara alındığını, Maduro və yaxınlarının istifadəsi üçün ABŞ-dan gizli yolla çıxarıldığını söyləyib. ABŞ rəsmiləri əməliyyatın Dominikan Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildiriblər.

ABŞ mediası yazır ki, təyyarə ələ keçirildikdən sonra Floridaya aparılıb. 

Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi deyilən təyyarənin Dominikan Respublikasında ələ keçirilməsinin ABŞ və Venesuela arasında seçkilərdən sonra gərginləşən münasibətləri daha da pisləşdirəcəyi gözlənilir.

Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəldiyi açıqlanıb. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini qəbul etmir. ABŞ administrasiyası isə seçkilərin nəticələrinin şəffaf şəkildə elan edilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
baki-xeber.com

1Mənbələr