AZ

Bu ölkə qızıl hasilatını 4,5 milyon unsiyaya çatdıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Afrikanın qızıl istehsalında lider olan Qana hasilatı 2023-cü ildəki 4 milyon unsiyadan 2024-cü ildə 4,5 milyon unsiyaya çatdırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə "Agence Ecofin" agentliyi məlumat yayıb.

Bildirilib ki, buna yeni Namdini mədəni vasitəsilə nail olunacaq.

Söhbət Çinin “Shandong Gold” şirkətinin ilin sonuna kimi istifadəyə verməyi planlaşdırdığı mədəndən gedir. Bu, Akyem mədəninin fəaliyyətə başladığı 2013-cü ildən bəri ilk yeni qızıl hasilatı obyektidir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
banco.az

1Mənbələr