AZ

Ukrayna Donetski AZAD edir, ruslar Pokrovskidə RƏZİL oldular – CANLI

"Rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar..." Ukrayna hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında əvvəllər itirilmiş mövqelərini bərpa ediblər. ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") hesabatında belə deyilir. Sentyabrın 2-də dərc edilmiş geolokasiya görüntüləri göstərir ki, Ukrayna Müdafiə Qüvvələri Novoqrodivkanın cənub-qərbində (Pokrovskdan cənub-şərq) mövqelərini bərpa edib.


“Ukrayna qüvvələri az əvvəl Pokrovskdan cənub-şərqdə Rusiyanın bu bölgədə davam edən taktiki uğurları fonunda itirilmiş mövqelərini geri aldılar”, - deyə analitiklər bildirib.

Yeri gəlmişkən, hərbi-siyasi icmalçı Aleksandr Kovalenkonun sözlərinə görə, rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar.
Əlavə edək ki, dünən yerli vaxtla aat 23:02-də rus işğalçıları Zaporojyedə insanların olduğu otel kompleksinə raket atıblar (növü müəyyənləşdirilir).Partlayış nəticəsində 38 yaşlı qadın və onun 8 yaşlı oğlu həlak olub. Onun əri və 13 yaşlı qızı isə dağıntılar altından xilas edilib. Hər iki yaralının vəziyyəti ağırdır və xəstəxanaya yerləşdirilib...

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
35
musavat.com

10Mənbələr