AZ

Venesuela prezidentinə Rusiya təyyarəsi almağı təklif ediblər

Megaupload fayl paylaşma xidmətinin yaradıcısı Kim Şmitz (həm də Kim Dotkom kimi tanınır) Venesuela prezidenti Nikolas Maduronun müsadirə edilmiş təyyarəsini Rusiyanın İl-96 təyyarəsi ilə əvəz edə biləcəyini ehtimal edib.

Herbiand.az bildirir ki, bu barədə sahibkar X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“Bu uşaqcasına və əhəmiyyətsizdir. Maduro zərər görməyəcək. O, sadəcə olaraq Rusiyanın İl-96 prezident təyyarəsini ala bilər, hansı ki, bu daha yaxşı olacaq. ABŞ Maduroya yalnız xidmət edir”, - mətndə deyilib.

Qeyd edək ki, ABŞ Nikolas Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirərək Floridaya göndərib. Venesuela hakimiyyəti Maduronun təyyarəsinin müsadirə edilməsinə görə ABŞ-ı piratçılıqda ittiham edib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
herbiand.az

1Mənbələr