Argentina Mərkəzi Bankı qızıl ehtiyatlarının bir hissəsini xaricə göndərib.

İndex.az xəbər verir ki, mövzu ilə bağlı yayılan məlumatlara görə, qızıl sertifikatlaşdırıldıqdan sonra maliyyələşmə üçün girov kimi istifadə oluna biləcək.

Argentinada qızılın təxminən yarısının yerli seyflərdə, digər yarısının isə Londonda olduğu bildirilir.

Argentina Mərkəzi Bankı məsələ ilə bağlı açıqlama verməyib.

Monetar orqan bazar ertəsi günü həm ölkə daxilində, həm də xaricdəki hesabları arasında qızıl göndərdiyini təsdiqləyib.

Lakin o, təxminən 5 milyard dollarlıq qızılın hara və nə üçün göndərildiyini açıqlamayıb.