AZ

“Bədii ədəbiyyat ideoloji silaha çevrilmişdi” - SOSİOLOQ DANIŞDI

“Bədii ədəbiyyatın insan, cəmiyyət həyatında rolu misilsizdir. İnsanın sosiallaşmasında təkcə ailə və məktəbin deyil, eyni zamanda bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan ədəbiyyat uzun müddət müxtəlif cəmiyyətlərdə quruculuq prosesi, insanın formalaşması prosesi üçün alət kimi istifadə olunub. Sovet İttifaqında “Sovet adamı” kimi anlayış formalaşmışdı və bu proses ədəbiyyat üzərindən həyata keçirilirdi. Bu baxımdan Sovet ədəbiyyatı da sözügedən missiyanı öz üzərinə götürmüşdü. İdeoloji, mənəvi işlər ədəbiyyat üzərindən həyata keçirilirdi. Bu baxımdan ədəbiyyatın insan həyatında, insanın dünyagörüşündə, cəmiyyətə yön verməsində müstəsna əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, Sovet İttifaqından sonra artıq post-Sovet məkanında ədəbiyyatın missiyası, öhdəlikləri dəyişdi: “Artıq ədəbiyyat qarşısında heç bir vəzifə və öhdəlik qoyulmurdu. Bundan sonra artıq Azərbaycan ədəbiyyatında da araşdırmalar hiss etməyə başladıq.

Hazırda sürətli informasiyalar əsrində yaşayırıq. Rəqəmsal cəmiyyət isə şübhəsiz ki, insanların həyat tərzinə, dünyagörüşlərinə təsir göstərir. Sovet dövründə isə bədii ədəbiyyat təşviq olunurdu, çünki bunun vasitəsilə qurulan cəmiyyəti yönləndirirdilər. Bədii ədəbiyyat ideoloji silaha çevrilmişdi. Rəqəmsal cəmiyyətdə isə insanların həyat tərzi və düşüncələri dəyişdi. Bədii ədəbiyyata isə fərqli yanaşma və maraq başladı.

Hazırda isə çox geniş ədəbiyyat nümunələrinə maraq azalıb. Həmçinin çox təsirli ədəbiyyat nümunələri də getdikcə azalmağa başlayıb. Zəfərlə başa çatan 44 günlük müharibədən sonra gənc yazarların işğaldan azad olunmuş ərazilərə ezam olunması və şərait ilə daha yaxından tanış olması yaxşı olardı. Bunun nəticəsində müharibə mövzusunda çox gözəl bədii nümunə yarada bilərdilər. Lakin müharibənin bitməsindən sonra gördük ki, yaradılan əsərlər həmin dövrün təsərrütanı tam özündə əks etdirə bilmir. Hesab edirəm ki, bu istiqamətdə hələ də təsirli bədii nümunə ilə rastlaşmamışıq. Bu gün ədəbiyyat daha mühüm əhəmiyyət kəsb etməlidir.

Cəmiyyətdə oxu mədəniyyətini artırmaq üçün görkəmli ziyalıların, məmurların vasitəsilə təşviq etmək olar. Poster və reklamlar vasitəsilə də bədii ədəbiyyata marağı artırmaq olar. Nəzərə almaq lazımdır ki, bədii ədəbiyyat mənəvi-əxlaqi dəyərlərin təbliğində böyük yer tutur”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
5
sia.az

10Mənbələr