AZ

"MDB liderləri BRİKS sammitinə dəvət olunub" - Putinin köməkçisi

MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunublar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Doqquz üzv ölkədən başqa, MDB ölkələrinin liderləri də dəvət olunub", - deyə Uşakov əlavə edib. 

O qeyd edib ki, Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib: "Təbii ki, təşkilata üzvlük və ya BRİKS-də əməkdaşlığın bu və ya digər formasına can atan bir çox ölkələrin liderləri də dəvət olunub". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
unikal.az

1Mənbələr