AZ

Tozlu hava şəraiti neçə gün davam edəcək? - RƏSMİ AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Gundem.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, havada tozun miqdarı hazırda normadan 4-4.5 dəfə yüksəkdir. 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

Seçilən
95
26
gundem.az

10Mənbələr