AZ

BU NƏDO BELƏ: Bələdiyyələrdən sakinlərə cərimə mesajı gəlir... - NARAZILIQ VAR...

Xırdalanda bələdiyyə çıxarışı olmayan mənzillərə görə vətəndaşlara vergi borcu yazıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib.Sakin Seymur Baxşıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xırdalan şəhər "Abşeron City" yaşayış kompleksində yerləşən çıxarışsız mənzilinə bələdiyyədən 233 manat 55 qəpik əmlak vergisi borcu barədə mesaj gəlib. Ona borcu ödəməyəcəyi təqdirdə 40 manat maliyyə sanksiyası tətbiq ediləcəyi bildirilir. Xırdalan sakini mənzilinin çıxarışı olmadığını desə də, ona yazılmış əmlak vergisi borcu silinməyib.Sakin bildirir ki, "Abşeron City" yaşayış kompleksində yerləşən altı binadan indiyədək ikisindəki mənzillərə çıxarış verilib. Yerdə qalan binalarda yaşayan sakinlər Əmlak Məsələləri Dövlət Xidmətinə çıxarış almaq üçün müraciət etsələr də, onlara heç bir səbəb izah olunmayaraq çıxarış verilməyib.Xırdalan bələdiyyəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, onlar sakinlərə MTK-dan verilən siyahı əsasında mesaj göndərib."MTK-dan verilmiş siyahı əsasında sakinlərə vergi borcu yazılıb. Hansı sakinin çıxarışının olub-olmadığı barədə Əmlak Məsələləri Dövlət Xidmətinə təkrar sorğu göndərilməyib. Belə halda sakinlər Əmlak Məsələləri Dövlət Xidmətindən mənzillərinin çıxarışının olmadığı barədə arayış alaraq bizə təqdim etməklə onlara yazılmış vergi borcunu sildirə bilərlər. Amma ümumilikdə,binalar istismara verilibsə , Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə sakinlər əmlak vergisi ödəməlidir" - Xırdalan Bələdiyyəsindən bildiriblər.Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşın əmlak vergisi ödəməsi üçün mənzilinin çıxarışı olmalıdır. O, hətta bildirib ki, vətəndaş dövlətdən icarəyə torpaq götürdükdə də əmlak vergisi ödəməlidir."O ki, qaldı bələdiyyə vergisinə, bələdiyyə vergisi də mütləq ödənilməlidir. Əks halda iş məhkəməyə yönəldilir. Amma bunun üçün əmlakın çıxarışı olmaldır. Təəssüf ki, bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir" - Elnur Fərzəliyev söyləyib.Ekspert deyir ki, əgər sakin maliyyə arayışı verib, tam ödəniş edib mənzil alıbsa, artıq həmin mənzil üzərində mülkiyyət hüququ yaranır. Həmçinin bir binada 100 mənzildən biri çıxarışalıbsa, digər mənzillər də əmlak vergisinə cəlb olunur.Elnur Fərzəliyevin sözlərinə görə, əmlak vergisi ildə bir dəfə ödənilir.Ekspertin sözlərinə görə, bəzi qəsəbələrdə sakinlərdən kupçasız fərdi evlərə görə də, əmlak vergisi tələb olunur:"Belə ərazilərdə sakinlərin mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ formalaşıb. Odur ki, sakinlər bələdiyyəyə vergi ödəyirlər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
dia-az.info

1Mənbələr