"Rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar..."
Ukrayna hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında əvvəllər itirilmiş mövqelərini bərpa ediblər.
Moderator.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") hesabatında belə deyilir.
Sentyabrın 2-də dərc edilmiş geolokasiya görüntüləri göstərir ki, Ukrayna Müdafiə Qüvvələri Novoqrodivkanın cənub-qərbində (Pokrovskdan cənub-şərq) mövqelərini bərpa edib.
“Ukrayna qüvvələri az əvvəl Pokrovskdan cənub-şərqdə Rusiyanın bu bölgədə davam edən taktiki uğurları fonunda itirilmiş mövqelərini geri aldılar”, - deyə analitiklər bildirib.
Yeri gəlmişkən, hərbi-siyasi icmalçı Aleksandr Kovalenkonun sözlərinə görə, rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar.
S.Laçın
- Rusiya
- Abş
- Ukrayna
- Ordu
- Müharibə
- Şəhər
- Xəbər
- Isw
- Hərəkət
- Mövqe
- Vilayət
- Işğal
- Rus
- Hərbçi
- Əks
- Sentyabr
- Hesabat
- Bərpa
- Formalaşdırma
- Donetsk
- Işğalçılar
- Cənub
- Işğalçı
- Formalaşma
- Cinah
- Pokrovsk
- Moderator.az
- Itirilmiş
- Əvvəl
- İnstitut
- Müharibənin Öyrənilməsi İnstitutu
- Öyrənilmə
- Itirilmiş Mövqelər
- Cənub Cinahi