AZ

Ukrayna ordusu Pokrovsk yaxınlığında itirilmiş mövqelərini bərpa etdi...-"ISW"-XƏRİTƏ

 "Rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar..."
 
Ukrayna hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında əvvəllər itirilmiş mövqelərini bərpa ediblər.
 
Moderator.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") hesabatında belə deyilir.
Sentyabrın 2-də dərc edilmiş geolokasiya görüntüləri göstərir ki, Ukrayna Müdafiə Qüvvələri Novoqrodivkanın cənub-qərbində (Pokrovskdan cənub-şərq) mövqelərini bərpa edib.
 
“Ukrayna qüvvələri az əvvəl Pokrovskdan cənub-şərqdə Rusiyanın bu bölgədə davam edən taktiki uğurları fonunda itirilmiş mövqelərini geri aldılar”, - deyə analitiklər bildirib.
 
Yeri gəlmişkən, hərbi-siyasi icmalçı Aleksandr Kovalenkonun sözlərinə görə, rus işğalçıları Pokrovska doğru hərəkətlərini davam etdirməyiblər, əksinə cənub cinahını formalaşdırırlar.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
moderator.az

1Mənbələr