AZ

Qazaxıstanda AES-lə bağlı referendum keçiriləcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“2024-cü il oktyabrın 6-da ölkədə referendum keçirilməsi haqqında fərman verirəm. Referendum aşağıdakı sual ilə bağlı olacaq: “Qazaxıstanda AES tikintisi ilə razısınızmı?”, - fərmanda deyilir.

Qeyd olunur ki, ölkə hökumətinə Mərkəzi Seçki Komissiyası, digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
12
publika.az

10Mənbələr