AZ

Ebru ilk dəfə əri ilə görüntüləndi - Video

Türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirle ilk dəfə görüntülənib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük hava limanında kameralara tuş gəlib. 

Onlar jurnalistlərin suallarını cavabsız qoyublar.

Xatırladaq ki, Ebru ilə Özdemir bu ilin fevral ayında ailə qurub.

Özdemirin ilk evliliyindən 2, ikincidən isə 1 övladı var. Gündeş buna qədər üç dəfə ailəli olub.

Onun ilk evliliyi 16 yaşında ikən Hamdi Vardarla, ikinci evliliyi isə 2002-ci ildə vəkil Ömer Durakla olub. Müğənni 2010-cu ildə cənubi azərbaycanlı iş adamı Rza Zərrabla ailə həyatı qurub, bir övladı dünyaya gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
18
qafqazinfo.az

10Mənbələr