AZ

“Google” 850 milyon dollar dəyərində məlumat mərkəzi inşa edəcək

Latın Amerikasında yeni məlumat mərkəzi yaradılacaq. Onu Amerikanın “Google” şirkəti 850 milyon dollara inşa edəcək.

Bu xəbəri regional bölmənin prezidenti Eduardo Lopez korporasiyanın planlarından danışarkən açıqlayıb. Onun sözlərinə görə, onlar Uruqvayın Kanelones şəhərində data mərkəz açmağı planlaşdırırlar.Bu, Latın Amerikasında Çilidən sonra ikinci olacaq. Çilidəki Data mərkəz 2015-ci ildə istifadəyə verilib.

“Google süni intellektə əsaslanan xidmətlərin geniş şəkildə mənimsənilməsi problemi ilə üzləşir. Biz regionda texnologiyaya artan tələbatı görürük”, -deyə Lopez “Google Blog”da izah edib.

Korporasiya, həmçinin yerli universitetlər və tədqiqat mərkəzləri ilə əlaqələri gücləndirmək niyyətindədir. Şirkət təhsil kurslarına texnologiyanın tətbiqi sahəsində universitetlərlə əməkdaşlığa başlayıb.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
ikisahil.az

1Mənbələr