AZ

"Meqa Sığorta ASC" işçi axtarır - VAKANSİYA

Meqa Sığorta ASC

Əməliyyat şöbəsinin Mütəxəssisi

Son tarix 02 okt 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali.
  • Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində - 1 il.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Baş vermiş sığorta hadisəsini sənəd üzərindən araşdırmaq.
  • Sığorta hadisəsi ilə bağlı sığortalı və zərərçəkənlərlə əlaqə  yaratmaq, fikirlərini dinləmək, suallarını cavablandırmaq, prosesi izah etmək.
  • Müştəri məmnuniyyətini qorumaq.
  • Sığorta hadisəsi sənədlərini ödənişə hazırlanmaq, proqrama işləmək və elektron qaydada arxivləşdirmək.
  • Gündəlik olaraq sığorta hadisələrinin uçotunu aparmaq.
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Əməliyyat - Mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Müsahibəyə vakansiya tələblərinə  uyğun gələn namizədlər dəvət olunacaqdır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
fed.az

2Mənbələr