AZ

Mavi gözlü olmaq arzusu korluqla nəticələnə bilərmi?

Dünya əhalisinin sadəcə 17 faizi mavi gözlərə sahibdir. 

İndi həkimlər qara gözlərin rəngini 20 saniyədə maviyə çevirirlər.

Bu, göz bəbəyinin ön təbəqəsində yığılaraq gözə qəhvəyi rəng verən melanin maddəsinin aradan qaldırılması vasitəsilə mümkün olur.

Prosedur 20 saniyə çəksə də, gözlərin tamamilə maviyə çevrilməsi üçün 2-3 həftə gözləmək lazım gəlir.

Bu prosedurun geriyə qayıdışı yoxdur. 

Yəni, gözlərin rəngini ancaq bir dəfə dəyişmək mümkündür.

Maviyə çevrilmiş gözləri yenidən qəhvəyiyə qaytarmaq olmur.

Prosedurun qiyməti xaricdə 5 min dollar, Azərbaycanda 8 min manatdır.

Bu əməliyyat korluğa səbəb olur.

Bundan başqa gözlər işığa qarşı hədsiz dərəcədə həssaslaşır. Həkimlər bu əməliyyatın tibbdə dəstəklənmədiyini bildirir.

Göz rənginin dəyişdirilməsi əməliyyatı zamanı rəng bölümündəki piqmentlər lazerlə azaldılır. Bundan sonra gözün rəngi açıqlamağa başlayır.

Nəticədə göz bəbəyinin içində maye yolları bağlanır. Bu da bir müddətdən sonra korluğa səbəb olur. 

Bu əməliyyatı etdirənlərin yüzdə 50-si kor olma riski ilə üz-üzə qalır. 

Öllkəmizdə bu əməliyyatları Cahid Şahbazov adlı həkim aparır və teleaparıcı Mətanət Əliverdiyevanın göz rəngini dəyişməsi əməlli başlı xəbər oldu. 

Lakin anlamaq lazımdır ki, məşhur simanın belə təhlükəli əməliyyatı reklam eləməsi təhlükəli haldır. 

Ona görə ki, əcnəbi həkimlərin tənqid etdiyi bu əməliyyatın məşhur biri tərəfindən reklamı yolverilməzdir.

Onsuz da cəmiyyətdə yarımçıqlıq sindromundan, kompleks və cahillikdən əziyyət çəkən saysız insan var.

 Kütləvi axın başlayacaq. Çünki biz ucdan tutma caynaq dırnaq, ördək dodaq, tatu qaş, silikon yanaq, çənə etdirən qadınların dünyasında yaşayırıq.

Murad

Seçilən
82
1
hit.az

10Mənbələr