AZ

Müxalifət partiyasında kritik görüş – FOTOLAR

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, görüş Ankara Böyük Şəhər Bələdiyyəsinə məxsus binada keçirilib.

Görüşdə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da iştirak edib. 

Tərəflər 6-9 sentyabrda keçiriləcək CHP qurultayını müzakirə ediblər. 

2,5 saat davam edən görüşdə nizamnaməyə ediləcək dəyişikliklər və partiya islahatları müzakirə olunub. Kılıçdaroğlu da öz məsləhətlərini də verib.

Qeyd edək ki, görüş Özgür Özəlin istəyi ilə həyata keçirilib. Özəlin görüşdə dəyişikliklərlə bağlı çox detallı şəkildə çıxış etdiyi bildirilir. Həmçinin, Özgür Özəl Kamal Kılıçdaroğluna nizamnaməyə olunacaq dəyişiklərlə bağlı sənəd təqdim edib. Kılıçdaroğlu öz təkliflərini və düzəlişlərini etdikdən sonra sözügedən sənədi geri qaytaracaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
cebheinfo.az

1Mənbələr