AZ

Robert Navarro və Çikinyo “Malyorka”da

İspaniyanın “Malyorka” klubu heyətini daha üç futbolçu – Robert Navarro, ÇikinyoValeri Fernandeslə gücləndirib.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Robert Navarro “Real Sosyedad”dan 850 min avro müqabilində “Malyorka”ya keçib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Navarro “Osasuna”, “Barselona”, “Monako” kimi klubların futbol akademiyasından keçib, peşəkar karyerasına isə “Real Sosyedad”da başlayıb. O, sözügedən klubun əsas komandasında 34 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İspan futbolçu ötən mövsümü icarə əsasında “Kadis”də keçirib. İsaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Navarroya əsas millidə şans verilməyib.

Çikinyo İngiltərənin “Vulverhempton” klubundan bu mövsümün sonunadək icarəyə götürülüb. Lissabon “Sportinq”inin yetirməsi olan 24 yaşlı vinger 2022-ci ilin yanvarından formasını geyindiyi İngiltərə klubunda cəmi 11 oyun keçirib, 3 assistlə yadda qalıb. O, “Eştoril”, “Famalikan”, “Stok Siti” kimi klubların da formasını geyinib, Portuqaliyanın U-20 və U-21 yığmalaırnda oynayıb.

“Malyorka” Valeri Fernandesi də “Jirona”dan icarəyə götürüb. 24 yaşlı ispan vinger də bu mövsümün sonunadək icarədə olacaq.

“Jirona”da 140 oyun keçirmiş Valeri Fernandes, bu oyunlarda 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə “Peralada” klubunda da çıxış edib.

“Malyorka”nın mərkəz müdafiəçisi Matiya Nastasiç isə azad agent kimi “Leqanes”ə keçib. 31 yaşlı serbiyalı futbolçu yeni klubu ilə 2 illik müqavləyə imza atıb.

Matiya Nastasiç 2022-ci ilin sentyabrından formasını geyindiyi “Malyorka”da 49 oyuna çıxıb, 3 qol vurub. O, “Şalke”, “Mançester Siti”, “Fiorentina”, “Teleoptik” kimi klublarda da çıxış edib, Serbiya yığmasında 34 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
arena.az

1Mənbələr