AZ

Çin rəsmisi nüvə silahından DANIŞDI: "Dialoqa ehtiyac var"

"Nüvə silahları sahəsində strateji riskləri azaltmaq üçün dünyanın dialoqa ehtiyacı var". 

 

Sfera.az xəbər verir ki, bunu Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

 

"Çin dəfələrlə nüvə silahından istifadənin qəbuledilməz olduğunu, nüvə müharibəsinə yol verilə bilməyəcəyini vurğulayıb" ,- o deyib.

 

Mao Ninqin sözlərinə görə, bütün tərəflər dialoq və məsləhətləşmələr yolu ilə nüvə silahından istifadə riskini azaltmaqla yanaşı, sakitlik nümayiş etdirməlidir.

 

Xatırladaq ki, sentyabrın 1-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyat (SVO) ilə bağlı son münaqişələrin və Qərbin hərəkətlərinin təhlili əsasında nüvə doktrinasını dəyişəcək. Daha sonra o, Rusiyanın nüvə doktrinasındakı dəyişikliklərin “Nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsasları” sənədinə təsir edəcəyini açıqlayıb.Bundan əvvəl isə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının nüvə silahı sayəsində üstünlüklərindən danışıb.

 

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
sfera.az

10Mənbələr