AZ

“Riskləri azaltmaq üçün dünyanın dialoqa ehtiyacı var”

Nüvə silahları sahəsində strateji riskləri azaltmaq üçün dünyanın dialoqa ehtiyacı var.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

« Çin dəfələrlə nüvə silahından istifadənin yolverilməz olduğunu və nüvə müharibəsinin baş verməsinə icazə verilmədiyini qeyd edib. Hazırkı şəraitdə bütün tərəflər sakitlik və təmkin nümayiş etdirməli, dialoq və məsləhətləşmələr yolu ilə strateji risklərin azaldılmasına birgə kömək etməlidir”, – diplomat bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
medianews.az

2Mənbələr