AZ

La Liqa: Mbappe dubl etdi, “Real” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də beş qarşılaşma baş tutub.

“Xetafe” – “Real Sosyedad” matçında qapılara qol vurulmayıb.

Beş qolun qeydə alındığı “Osasuna” – “Selta” matçında meydan sahibləri qələbə qazanıblar.

Son çempion “Real” doğma meydanda “Betis”i, “Alaves” isə evdə “Las Palmas”ı 2 cavabsız qolla üstələyib. Səfərdə “Sevilya” ilə qarşılaşan “Jirona” da oxşar uğura imza atıb.

Beləliklə, 4 turdan sonra 4 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – “Barselona” 12 xalla vahid liderdir. “Real”, “Atletiko” və “Vilyarreal” 8 xal toplayıblar. “Jirona”, “Alaves” və “Osasuna”nın isə 7 xalı var.

İspaniya, La Liqa
4-cü tur
31 avqust

Barselona – Valyadolid 7:0
Qollar: Rafinya, 20; 64; 72. Levandovski, 24. Kunde, 45+2. Olmo, 82. F.Torres, 85.

Atletik – Atletiko 0:1
Qol: A.Korrea, 90+2.

Espanyol – Rayo Valyekano 2:1
Qollar: K.Romero, 8. A.Velis, 90+6 – A.Qarsiya, 4.

Leqanes – Malyorka 0:1
Qol: D.Rodriqes, 43.

Valensiya – Vilyarreal 1:1
Qollar: Duro, 24 – A.Peres, 45+3.

1 sentyabr

Alaves – Las Palmas 2:0
Qollar: Visente, 7. T.Martines, 78.

Osasuna – Selta 3:2
Qollar: Boyome, 21. K.Dominqes, 45-öz qapısına. Bretones, 62 – B.İqlesias, 29. M.Qomes, 90+1-öz qapısına.

Sevilya – Jirona 0:2
Qollar: İ.Martin, 41. A.Ruis, 73-pen.

Xetafe – Real Sosyedad 0:0

Real – Betis 2:0
Qollar: Mbappe, 67; 75-pen.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
7
arena.az

5Mənbələr