AZ

Röya özünü aslana bənzətdi - "Pişik kimi görünə bilmərəm"

Xalq artisti Röya Ayxan onun adını qalmaqala çəkən simalardan danışıb. Estrada ulduzu bu barədə “Xəbərin var” proqramında söz açıb. Sənətçi onun adını çəkmədən ünvanına söz atanlara da cavab verib:“İlin sonunda maraqlı qalmaqallar baş verir. Biri var, ancaq mənimlə bağlı paylaşımlar edir. Elə bilir, kimisə öyrətmişəm ki, efirdə onun haqda danışsın. O qədər ağılsızlıqdır ki. O adamı öyrədərəm ki, çıxıb məni tərifləsin. Səndən niyə danışsın? Mən belə iş görərəm. Sənə özümü təriflətdirərəm. Niyə deyim ki, çıx get filankəsə belə sözlər de, dəli olsun. Niyə? Mən aslanam. Aslan heç vaxt kənardan pişik kimi gəzməz. Heç vaxt çoxdan tanıyıb sevdiklərimlə də işim olmaz. Sevdiyim, hörmət etdiyim sənətçilər var. İllərdir görmədiklərim də çoxdur. O demək deyil ki, görmürəmsə, onlar mənə düşmən kəsilməlidir. Bunlarda maraqlı bir şey var, sanki Röya onlarla oturub-durmayanda pis olur. Mənim də oturub-durmaq istədiyim insanlar var da. Evimə hər zaman gələn adamlar gəlir. Arada haradasa təsadüfən toplanırıq. Məsələn, çəkilişdəyik, evə zəng edirəm ki, nə bişirmisiz? Deyirlər, maraqlı yemək. Onda deyirəm, getdik bizə. Biz evdə 3 nəfərik, ruzini bölmək lazımdır. Həm də evimizə yox, restoranımıza gəlirlər. Bizə gələnlərin bəlkə 5 faizi evin içini görüb”. / Olay.az

Seçilən
83
millishow.az

1Mənbələr