AZ

2500-ə yaxın məntəqədə ekzitpol keçirilir

"Növbədənkənar parlament seçkisi ilə bağlı 2500-ə yaxın məntəqədə ekzitpol keçirilir".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, üç beynəlxalq təşkilat ekzitpol üçün qeydiyyatdan keçib. Ekzitpolları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
16
oxu.az

10Mənbələr