Türkiyənin Muğla şəhərində 25 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər veri ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Bodrum sahillərində yelkənli qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə sahil mühafizə gəmiləri təyin edilib.
Komandalar tərəfindən aşkarlanan qayıqda 59 qeyri-qanuni miqrant yaxalanıb.
Onların İtaliyaya getmək istədiyi bəlli olub.
Miqrantları qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Həmin ərazidə Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan rezin qayıqlar və xilasedici sallarda olan 25 nəfər xilas edilib.
Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə