AZ

Çində əmək düşərgələri ləğv olunubmu?

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Çinin Sincan-Uyğur Muxtar Bölgəsində davamlı olaraq insan haqlarının pozulmasına diqqət çəkib. Şamdasaninin bəyanatı bu ilin iyununda BMT-nin İnsan Haqları qrupunun Çinə səfərindən sonra verilib. Bundan əlavə, BMT komandası Çin hakimiyyəti ilə dialoq aparıb, xüsusən də ölkədəki terrorizmlə mübarizə siyasəti və cinayət ədaləti sistemini müzakirə edib.

Bəyanatda vurğulanıb ki, BMT-nin nümayəndə heyəti Çin səlahiyyətliləri ilə dialoq zamanı Sincanda bir çox problemli qanunun qüvvədə qaldığını və hakimiyyət tərəfindən insan hüquqları baxımından araşdırılmalı və nəzərdən keçirilməli olduğunu aşkar edib. BMT Pekini və ölkədəki vətəndaş cəmiyyəti üzvlərini Çində insan hüquqlarının qorunmasında nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün qarşılıqlı əlaqələri davam etdirməyə çağırıb. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı onunla əlaqədə olan şəxslərə qarşı repressiya qorxusu ilə bağlı çətinlikləri və Çindəki mövcud insan haqları vəziyyətini yaxından izləyəcəyini bildirib. BMT komandası Çinə səfəri zamanı azadlıqdan məhrum edilmiş uyğurların azad edilməsi üçün operativ addımlar atmağa və ailələri onlar haqqında məlumat axtaran şəxslərin statusunu və harada olduqlarını aydınlaşdırmağa çağırıb.

Pekin BMT-nin hesabatının qərəzli olduğunu bəyan edib. Pekin ümumiyyətlə insan hüquqlarıyla bağlı tənqidləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının tövsiyələrini qəbul etmir. Buna baxmayaraq, uyğur mövzusu beynəlxalq aləmin əvvəlkitək diqqət mərkəzindədir. Pekin iddia edir ki, uyğurların yaşadığı bölgə istisadi nöqteyi-nəzərdən inkişaf edib, orada heç bir problem yoxdur. Müşahidəçilər isə iqtisadi vəziyyətə toxunmadan Sincan Muxtar bölgəsində insanların baxışlarına görə təqib olunduğunu vurğulayır və misal olaraq uyğurların bir qisminin məcburi şəkildə əmək düşərgələrində yerləşdirildiklərini bildirirlər. Həmin əmək düşərgələrinin ləğvi barədə məlumat yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
27
visiontv.az

10Mənbələr