AZ

Harris Ağ Evdə ilk verəcəyi qərarı açıqladı – Baydenin siyasətini davam etdirəcək

Cümə axşamı ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Amerika mediasına ilk müsahibəsini verib.

CNN-ə verdiyi müsahibədə Harris bir həftə əvvəl başa çatan Demokratik Milli Konvensiya zamanı açıqlanan bəyanatları şərh edib.

Ağ Evdə prezident kimi ilk günündə nə edəcəyini soruşduqda Harris deyib ki, onun əsas prioriteti orta sinfi gücləndirmək və dəstəkləmək olacaq.

"Düşünürəm ki, insanlar irəliləməyə hazırdırlar", - ABŞ prezidentliyinə namizəd vurğulayıb.

O, prezident Co Baydenin  siyasətinə sadiqliyini təsdiqləyib. Belə ki, immiqrasiya islahatlarının və İsrailə davamlı dəstəyin zəruri olduğunu iddia edib.

O xatırladıb ki, dörd il ərzində Bayden administrasiyası ABŞ-da müasir istehsal müəssisələrinin yaradılmasına, “yaşıl sənayenin” inkişafına və ölkənin infrastrukturunun yenilənməsinə sərmayələrə zəmanət verən qanunların qəbuluna nail olub.

Kamala Harrisi tənqid edənlərin əsas şikayətlərindən biri odur ki, o, ABŞ-ın vitse-prezidenti olduğu illərdə müxtəlif məsələlərdə müxalif fikirlər ifadə edib və partiyanın sol-liberal qanadının görkəmli nümayəndəsi kimi tanınıb.Məsələn, o, açıq şəkildə şist neft hasilatına qadağa qoyulmasını müdafiə etsədə sonradan bu mövqeyindən geri çəkilib.

"Mənim dəyərlərim dəyişməyib"- deyə Kamala Harris seçiciləri əmin etməyə çalışıb. Onun sözlərinə görə, o, yalnız mühüm məsələlərdə konsensusa nail olmağa çalışır.

Müsahibədə Minnesota ştatının qubernatoru - vitse-prezidentliyə namizəd Tim Uolzda iştirak edib. O, döyüş görmədiyi halda, Milli Qvardiyanın üzvü kimi niyə müharibədə olduğunu iddia etdiyinə dair suallardan yayınıb.

Kamala Harrisin faktiki Demokratlar Partiyasından prezidentliyə namizəd kimi ortaya çıxdıqdan sonra beş həftə ərzində əsas media orqanlarına müsahibə verməkdən imtina etməsi respublikaçıların tənqidinə səbəb olub.

Trampın ofisindən yayılan açıqlamada 16 dəqiqə ərzində HarrisinABŞ-dakı cinayətböhranı ilə bağlı heç nə demədiyini, iqtisadiyyatacəmi 3 dəqiqə 25 saniyə, immiqrasiyayaisə 2 dəqiqə 36 saniyə sərfetdiyinibildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
40
hurriyyet.az

10Mənbələr