AZ

Samir Əsədli seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi Samir Əsədli Yardımlı rayonunun Vərov və Masallı rayonunun Qəriblər kəndində bir qrup seçici ilə görüşüb.

VHP-nin Səlahiyyətli nümayəndəsi Yusif Xantemirov vamizəd barədə, onun həyat yolu haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra VHP sədrinin müavini, deputatlığa namizəd Samir Əsədli seçicilərə öz platforması, bölgə ilə bağlı təklif və planlarından danışıb. Yardımlı və Masallı rayonunun coğrafi mövqeyindən irəli gələn üstünlüklərindən danışan namizəd bu potensialdan lazımınca bəhrələnmək üçün turizm və kənd təsərrüfatı sahəsində dövlət proqramlarının vacibliyini bildirdi.

Samir Əsədliu qarşıda duran işlərdən, VHP-nin seçki platrorması, məramnaməsi, sosial-iqtisadi vəziyyətlə bağlı proqramı barədə məlumat verib.

Sonda seçicilərin problemləri dinlənilib və onların sualları cavablandırılıb.

Seçilən
68
3
interpress.az

4Mənbələr