AZ

Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini Ruanda Prezidentinə təqdim edib

Azərbaycanın

Avqustun 28-də Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Ruanda Respublikasının Prezidenti cənab Pol Kaqameyə təqdim edib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, təqdimat zamanı baş tutan söhbət zamanı dövlət başçısının səmimi salamları cənab Pol Kaqameyə çatdırılıb və Ruanda Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Söhbət əsnasında iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin mövcudluğu, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və adət-ənənəyə malik xalqların yaşadığı və bu amilin ölkələrimizi daha da zənginləşdirdiyi, gücləndirdiyi, cari ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanıb.

Ruanda Prezidenti ölkəmizlə daha güclü münasibətlərə malik olmaq istəyini bildirməklə yanaşı, öncə Azərbaycana səfər etdiyini və noyabr ayında Bakı şəhərində COP29 keçiriləcəyinə diqqət çəkərək ölkəmizə yenidən gəlmək niyyətini ifadə edib.

Həmin gün Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Nduhungirehe ilə görüş keçirilib.

Görüşdə qarşı tərəfə regionumuzda ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni reallıq yaratdığı, işğaldan azad edilmiş torpaqlarımızda aparılan irimiqyaslı quruculuq, Ermənistanla normallaşma prosesinin gedişatı və bəzi qüvvələrin buna mənfi təsir göstərmək istədikləri barədə ətraflı məlumat verildi, beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Eyni zamanda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzərbaycanınAzərbaycanınAzərbaycanınAzərbaycanın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
8
xalqcebhesi.az

9Mənbələr