AZ

ABŞ və Aİ-nin hərbi sənaye şirkətləri istehsalı tarixi maksimuma çatdırdı

ABŞ və Avropa İttifaqının səkkiz iri hərbi-sənaye kompleksi korporasiyası 2023-cü ilin sonunda silah və sursat istehsalı üçün təxminən 750 milyard dollarlıq sifarişlər alıb. Bu, hərbi sənaye tarixində ən yüksək səviyyədir. 

Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei öz hesablamalarına və beynəlxalq tədqiqat mərkəzlərinin məlumatlarına istinadən yazır.

ABŞ və Aİ hərbi-sənaye kompleksinin səkkiz ən böyük korporasiyası, sifarişlərin rekord artımına cavab olaraq, 2024-cü ildə istehsalın genişləndirilməsinə 10,5 milyard dollar sərmayə qoyacaq. Bu, həm də tarixdə ən yüksək səviyyədir, Nikkei qeyd edir. Belə investisiyaların həcmi 2019-cu illə müqayisədə 30%, 2023-cü illə müqayisədə isə 8% çoxdur. Qəzet silah istehsalının artırılmasını Qərb ölkələrindən Ukraynaya hərbi təchizatla, eləcə də Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqələndirir.

Xüsusilə, Amerikanın “Lockheed Martin” korporasiyası 2027-ci ilə qədər “Patriot PAC-3” raket əleyhinə müdafiə sistemləri üçün döyüş sursatlarının istehsalını 30%-dən çox artırmaq, onların sayını ildə 650-yə çatdırmaq niyyətindədir. 2025-ci ildə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün raketlərin istehsalı 30%-dən çox artacaq. Böyük Britaniyanın ən böyük hərbi-sənaye korporasiyası BAE Systems, nəşrə görə, 155 mm-lik haubitsaların istehsal gücünü 8 dəfə artırmağı planlaşdırır.

2024-cü ildə ABŞ və Aİ-nin hərbi-sənaye kompleksində səkkiz aparıcı korporasiyanın xalis mənfəətinin 2023-cü il səviyyəsi ilə müqayisədə 13% artaraq 29,4 milyard dollara çatacağı gözlənilir ki, bu da 2025-ci ildə 32,1 milyard dollara çatmalıdır. Nikkei qeyd edir ki, bu həm də sənaye tarixində ən yüksək rəqəm olacaq.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
22
valyuta.az

10Mənbələr