AZ

Efiopiyada 400 minə yaxın insan daşqın və sürüşmə təhlükəsi ilə üzləşib

Efiopiyanın şimalında davam edən leysan yağışları 400 min insanı daşqın və sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Batable, Amharanın 32 bölgəsində yağışlar aramsız olaraq davam edir.

Şimali Qondar, Cənubi Qondar və Vaq Hemra bölgələrində vəziyyətin kritik olduğu, mümkün fəlakətlərə qarşı lazımi tədbirlərin görüldüyü bildirilib.

Efiopiya Meteorologiya İnstitutu sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, avqustun 27-də Amharada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 23 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
e-huquq.az

1Mənbələr