AZ

UEFA Çempionlar Liqasının toplarını təqdim etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.
Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Adidas" şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir.
Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib.
Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir. Bu texnologiya bir sıra külək tunellərində və meydanlarda da ciddi şəkildə sınaqdan keçirilib və tamamilə yenilənib.
Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
oxu.az

10Mənbələr