AZ

İraqın şimalında PKK "lider"i zərərsizləşdirilib

 

Türkiyənin Milli Kəşfiyyat İdarəsi(MİT) terror təşkilatı PKK /KCK-nın sözdə liderlərindən olan Gülüstan Tekiki İraqın Süleymaniyyə şəhərində həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.Missiya.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.Bildirilib ki, Gülüstan Tekik təşkilatın Süleymaniyyədə təbliğat və dezinformasiya fəaliyyətini həyata keçirib. O, həm də təşkilatın ideologiyasının yayılmasına və təşkilatda iştirakın artırılmasına cavabdeh olub.Qeyd edək ki, sözügedən terrorçu 1998-ci ildə PKK/KCK-ya qoşulub.Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
missiya.az

1Mənbələr