AZ

Meymunçiçəyi virusuna yoluxanların sayı Afrikada sürətlə artır

2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub. Bu barədə AP agentliyi məlumat yayıb. 
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. 
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.


Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.


"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", -  nazirlik  bildirib.
 
Gülnar 

www.anews.az
Seçilən
37
3
anews.az

10Mənbələr