AZ

Kəlbəcərdə dağ keçilərini öldürüb yolun ortasına kim atıb? –VİDEO

Sosial şəbəkədə Kəlbəcərdə öldürülmüş dağ keçirlərinin görüntüləri yayılıb. 

Azpost.info bildirir ki, Kəlbəcərin köhnə tunel ərazisində çəkilən görüntülərdə dağ keçilərinin yerə sərilmiş cəsədləri əks olunub.

Videonu çəkən şəxs bu keçilərin ovçular tərəfindən qanunsuz vurulduğunu bildirir.

Dağ keçilərinin cəsədlərinin yerdə qalmasından belə görünür ki, başabəla ovçular qorxub tələsik qaçıblar.

Qanuna əsasən sərhədyanı (və ya cəbhə zonasına yaxın ərazilərin) rayonların ərazilərində, işğaldan azad olunmuş bütün ərazilərdə ov edilməsi qadağandır.

Seçilən
126
11
azpost.info

10Mənbələr