AZ

"Sumqayıt" Masazır tilsimini yenə qıra bilmədi - REPORTAJ

Sabah (Bakı) - Sumqayıt 3:1 (1:1)

1. Yusif İmanov - 5,5
10. Namik Ələskərov - 6,5
(9. Anatoli Nuriyev, 65) - 5,5
4. Elvin Camalov (k) - 5,5
2. Amin Seydiyev - 5,5
7. Boyan Letiç - 5,5
20. Coy-Lens Mikels - 6,0
(88. Xəyal Əliyev, 78) - qiymətsiz
44. Sofyan Çakla - 5,5
18. Pavol Şafranko - 6,5
(99. Neqoş Kupusoviç, 88) - qiymətsiz
70. Cesse Sekidika - 7,0
(17. Tellur Mütəllimov, 78) - qiymətsiz
3. Con İrasabal - 5,5
13. İvan Lepinitsa - 5,5
(77. Şakir Seyidov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
5. Rəhman Daşdəmirov
21. İldar Alekperov
22. Abdulla Rzayev
33. Camal Cəfərov
40. İqor Noqeyra
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Cesse Sekidika

1. Mehdi Cənnətov - 5,0
6. Vüqar Mustafayev (k) - 5,0
14. Elvin Bədəlov - 5,0
10. Rəhim Sadıxov - 5,0
7. Rövlan Muradov - 5,0
(24. Sənan Muradlı, 85) - qiymətsiz
17. Murad Xaçayev - 5,0
8. Səbuhi Abdullazadə - 5,5
(60. Tresor Mossi, 78) - qiymətsiz
3. Slaviça Radoviç - 4,5
(2. S’rtan Taşkın, 64) - 4,5
11. Fernando Medeyros - 6,0
(30. Kamran Quliyev, 78) - qiymətsiz
9. Nikola Vuynoviç - 5,0
(41. Uğur Cahangirov, 85) - qiymətsiz
23. Cordan Rezabala - 5,0
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
56. Aftandil Arixov
21. Nihad Əhmədzadə 
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Fernando Medeyros

Qollar: F.Medeyros, 13 (0:1, S.Abdullazadə). N.Ələskərov, 43 (1:1, C-L.Mikels). P.Şafranko, 54 (2:1, C.Sekidika).  C.Sekidika, 77 (C-L.Mikels, 3:1).
Vərəqələr: N.Vuynoviç, 33 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 59 (qeyri-idman hərəkəti). S.Çakla, oyundan sonra (qeyri-idman hərəkəti) - sarı.

Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
25 avqust. Bakı. “Bank Respublika Arena”. 1500 tamaşaçı (8700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Konfrans Liqasında mübarizəni dayandıran komandalar Masazırda üz-üzə gəldi. Burda hansının tam toparlandığına və çempionata kökləndiyinə aydınlıq gələcəkdi. Hər halda, premyer-liqa davam edir və önə baxmaqda fayda var. Həm "Sabah", həm də "Sumqayıt" hələ sabit oyun tərzinə qovuşmadığından favoriti təyin etmək çətin idisə, statistika meydan sahiblərinin xeyrinə idi. Bəli, rəqəmlər bu dəfə bizi aldatmadı. "Bayquşlar" erkən qol buraxsa da, üç qol vurub üç xala yiyələndi. Əlbəttə, hesab daha fərqli ola bilərdi. Lakin "Sabah"ın Elvini 10-cu dəqiqədə topu Mehdinin üstünə göndərdiyindən qolkiperə çətinlik yaratmadı. Ardından "kimyaçılar" hücuma atıldı. Səbuhinin ötürməsindən sonra irəli atılan Medeyros onunla paralel qaçan Çaklanın təzyiqinə baxmayaraq, sonacan mübarizə apardı və qapını dəqiq nişan aldı. Belədə "bayquşlar" təzyiqi artırsalar da, bərabərlik qolunu yalnız hissənin sonunda vura bildilər. Buna qədər isə Mehdi Lepinitsanın qapıya paralel ötürməsini hamıdan əvvəl qarşıladı. Sekidikanın bir cəhdi qeyri-dəqiq oldusa, digəri qolkiperin əzmkarlığına tuş gəldi. Lepinitsa ilə Mikelsin uğursuz zərbələrindən sonra qeydə alınan qola isə Namik müəlliflik etdi. O, 43-cü dəqiqədə Mikelsin qapıönünə ötürdüyü topu tora qovuşdurmaqla komandasını sevindirdi. 

İkinci hissənin daha maraqlı keçəcəyini düşünmək olardı. Lakin "Sabah"ın 54-cü dəqiqədə yenə fərqlənməsi "kimyaçılar"ı sanki ruhdan saldı. Düzdü, bir qədər əvvəl İrasabalın qapıya paralel ötürməsini nə Şafranko, nə də Namik dəyərləndirə bilmiş, xüsusilə sonuncu yüzfaizlik qol imkanını əldən vermişdi. Lakin Sekidikanın ötürməsindən sonra fərqlənən Şafranko həm özünün, həm də Namikin günahını "yudu". O, cərimə meydançası daxilində çevrilərək qapını dəqiq nişan aldı ki, Mehdinin əlindən heç nə gəlmədi. 61-ci dəqiqədə "Sumqayıt" hesabı bərabərləşdirməyə yaxın oldu. Rəhimin ötürməsindən sonra Səbuhi qapını dəqiq nişan ala bilmədi. Bir qədər sonra Mehdi Sekidikanın "çərçivə"yə zərbəsini zərərsizləşdirdi. 77-ci dəqiqə isə "Sabah"ın üçüncü qoluyla əlamətdar oldu. Letiç, Nuriyev, Mikels "üçlüy"ünün cərimə meydançası daxilindəki ötürmələrini Sekidika qapıya zərbəylə tamamlayaraq komandasının qələbəsini təmin etdi. "Bayquşlar" ardıcıl ikinci qələbəsini qazandısa, "gənclik şəhəri"nin təmsilçisi Masazırdan yenə əliboş qayıtdı.

Gözdən qaçmadı
* Matçdan əvvəl azyaşlı "Sabah" azarkeşlərinin iştirakıyla viktorina keçirildi və qaliblərə müxtəlif hədiyyələr verildi.
* "Soldati di Sabah" və "Kimyaçılar" fanklubları tribunada öz yerini almışdı.
* Elçin Məsiyev Samir Abasova hakim qərarlarına etiraz etdiyinə görə şifahi xəbərdarlıq etdi. Ədalət təmsilçisi baş məşqçiyə "Samir müəllim, belə etiraz etmək olmaz" dedi. Baş məşqçi 37-ci dəqiqədə texniki zonanın qaydalarına riayət etmədiyindən "sarı" aldı. 

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
football-plus.az

1Mənbələr