AZ

Tacikistan yüklərinin Azərbaycandan daşınması müzakirə olundu

Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. Noyabrda Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
teleqraf.com

8Mənbələr