AZ

“Qarabağ” - “Dinamo” matçına satılmış biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) matçına bilet satışı davam edir.

Arena.az xəbər verir ki, artıq bu oyuna 28 000 bilet satılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sözügedən qarşılaşmanın biletləri avqustun 22-dən etibarən satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, “Qarabağ” – “Dinamo” oyunu sabah – avqustun 28-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.

Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk qarşılaşma avqustun 20-də Zaqrebdə baş tutub. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
5
arena.az

10Mənbələr