AZ

Xalası oğlunu öldürməkdə ittiham olunan şəxsə 18 il cəza istənilib

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təstiqləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt məhkəmədən vaxt istədi.

Proses sentyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında paytaxtın Səbail rayonu ərazisində 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevi bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Emin Şirvanzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
3
apa.az

7Mənbələr