AZ

Prokuror xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza istədi

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra çıxış üçün söz dövlət ittihamçısı Tural Yaqubova verilib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin yekun iclası sentyabrın 10-na təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevi bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb. Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Etibar Fətəliyev Azərbaycan Silahlı Qüvvələrin baş leytenantı olub və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
e-huquq.az

10Mənbələr