AZ

Əli Xamenei: "Pezeşkianın parlamentə təqdim etdiyi nazirlərin bir çoxunu tanımırdım" - VİDEO

Bu gün İran prezidenti Məsud Pezeşkian və başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri ilk dəfə ölkənin ali lideri Əli Xamenei ilə bir araya gəliblər. 

Bizim.Media  xəbər verir ki, bu barədə İRNA agentliyi yazıb.

Əli Xamenei görüş zamanı yeni nazirlərin parlamentdə təsdiqlənməsi məsələsinə toxunaraq deyib: 

“Hökumət başçısı Məsud Pezeşkian nazirlərin seçilməsi üçün çox çalışıb. O, bunun üçün mənimlə də məsləhətləşib. Mən onlardan bəzilərini təsdiqlədim, bəzilərinin isə seçilməsi üçün xüsusi vurğuladım. Bir çoxunu isə tanımırdım, onlar haqda heç bir fikrim yox idi. Allaha şükürlər oslun ki, prezident bütün kabinet üzvlərinin təsdiq olunması üçün parlamenti razı sala bildi və bu, böyük bir uğurdur”.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
bizim.media

4Mənbələr