AZ

Bakıda Qafqazın ən böyük "Adidas" mağazası açıldı

app.update_app_description



Avqustun 13-də Azərbaycanın paytaxtı Bakı şəhərində "Adidas" brendinin flaqman mağazasının rəsmi açılışı baş tutub.
Qafqaz regionunun ən böyük mağazalarından biri olan bu yeni məkan, 700 kvadratmetrdən artıq sahəni əhatə edir. Geniş və zövqlü dizaynı ilə seçilən mağaza, brendin dinamik enerjisini mükəmməl şəkildə əks etdirir və hər bir "Adidas" sevənlərə zəngin məhsul seçimi təklif edir.
Təntənəli açılış mərasimində brend nümayəndələri, olimpiya çempionları, tanınmış idmançılar və digər məşhur simalar iştirak edərək bu hadisənin həm region, həm də ölkə üçün əhəmiyyətini vurğuladılar.
Mağaza "Gənclik Mall"ın ikinci mərtəbəsində yerləşir. Burada müştərilər "Adidas"ın ən son kolleksiyalarını yaxından tanıya, həmçinin brendin peşəkar mütəxəssislərindən məsləhətlər ala bilərlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
oxu.az

3Mənbələr