AZ

Bakıda Qafqazın ən böyük adidas mağazası açıldı! - FOTO

Avqustun 13-də Azərbaycanın paytaxtı Bakı şəhərində adidas brendinin flaqman mağazasının rəsmi açılışı baş tutdu.

Qafqaz regionunun ən böyük mağazalarından biri olan bu yeni məkan, 700 kvadrat metrdən artıq sahəni əhatə edir.

Geniş və zövqlü dizaynı ilə seçilən ticarət sahəsi, brendin dinamik enerjisini mükəmməl şəkildə əks etdirir və hər bir adidas sevərlərə zəngin məhsul seçimi təklif edir.

Təntənəli açılış mərasimində brend nümayəndələri, olimpiya çempionları, tanınmış idmançılar və digər məşhur simalar iştirak edərək bu hadisənin həm region, həm də ölkə üçün əhəmiyyətini vurğuladılar.

Mağaza "Gənclik Mall"un ikinci mərtəbəsində yerləşir.

Burada müştərilər adidas-ın ən son kolleksiyalarını yaxından tanıya, həmçinin brendin peşəkar mütəxəssislərindən məsləhətlər ala bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
baku.ws

3Mənbələr