AZ

PUA-lar Kiyevin Kurskda uğurunun açarına çevrilib -“The Times“

Pilotsuz təyyarələrlə bağlı heyət Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsinin açarı sayılır. xəbər verir ki, bu fikirlər “The Times”də dərc olunan məqalədəndir. Müəllif yazıb ki, pilotsuz təyyarələr əvvəlcə hücumun harada uğurlu olacağını göstərib. İndi isə rus qoşunlarını yerüstü hücumlarını təcrid etməyə kömək edir. 

Dronlar rusların ərazidə nələr etdiyini aşkar görürlər. Koordinatorlar qeyd ediblər ki, məlumat "Himars"ı idarə edən komandaya ötürülür: "Sıx meşədə qapalı vəziyyətdə qalan 3000 rus əsgəri üçün çayın o tayındakı pontonla gücləndirmə işləri aparmaq və ya qaçmağa dair  son şans yaranıb. Ukrayna qoşunları Rusiyanın yüzlərlə kvadrat kilometr ərazisini ələ keçirərək Kursk bölgəsinə hücuma başlayanda PUA mühüm rol oynadı. Bu uğur həm də kritik kəşfiyyat məlumatları verən və qurudan hücumun harada, nə vaxt uğurlu olacağını göstərən Britaniya istehsalı  "Phantom" kimi PUA-nın köməyi ilə mümkün oldu".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
news365.az

1Mənbələr