AZ

Filipp Krikorovdan azərbaycanlılara şok: "Ermənistana pərəstiş edirəm... "

Əslində bir xalq olaraq Rusiyanın Xalq artisti Filipp Kirkorova qarşı həmişə yekdil düşünmüşük. Bəli o, ermənidir, erməni oğludur. Bunu bilən gündən də onun Bakıya gəlişinə, burada konsert verərək milyonlar qazanmasının əleyhinə olmuşuq. Hətta 2012-ci ildə Qarabağ Azadlıq Təşkilatı erməni əsilli müğənni, Rusiyanın xalq artisti Filip Kirkorovun noyabrın 9-da Bakıda keçiriləcək konsertinə etiraz olaraq aksiya keçirdi. Amma sadə xalqı kimdir eşidən, vecinə alan... Konsertləri yüksək səviyyədə keçirən dövlət qurumları və yüksək çinli məmurlar idi. Çünki xalqın etirazına baxmayaraq Krikorov Bakıya dəfələrlə gəldi və konsertlər verdi.

Elə Filip əsl erməni sifətini də elə erməni kimi bu sözlərlə maskalayaraq konsertinə xeyli adam yığmağı da bacarırdı:” Mənim üçün “Jara” festivalı böyük bayramdır. Bakı mənim evimdir. Burada dostlarım çoxdur. Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir.

Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm”. Hələ burada bizim xalq artistimiz Aygün Kazımova ilə layihəsi lap ələ düşməz oldu.Rusiyalı müğənni ilə dodaq-dodağa çəkdirdiyi fotolar zamanında böyük səs-küyə səbəb oldu.

Bilmirəm nədənsə, həmin vaxt xalq artisti Flora Kərimova etirazçı xalqa məsləhət olsun, deyə belə bir açıqlama da verdi:" Filipp Kirkorova qarşı çıxmaq onun milyonlarca seyrçisini üstümüzə qaldırmaq deməkdir. Flip Kirkorov Türkiyəyə gedib, türk bayrağına sarılıb, türk mahnısı oxuyub.

Onun ulu babası erməni olub, amma atası bolqardır, anası haqqında isə məlumatım yoxdur. Bir də ki millət damğa deyil, düşmən damğadır”.

Xalq artisti Aygün Bayramova isə: “Onu yaxşı araşdırmaq lazımdır, bəlkə də heç erməni deyil. Mən bilmirəm onun nənəsi ermənidir və ya babası. Bu məsələyə birmənalı yanaşmaq olmaz. O, gözəl ifaçıdır, müğənnidir, gözəl də mahnıları var. Kirkorovun Azərbaycana gəlməsinə münasibətim pis deyil. Gəlir, gəlsin də”sözləri ilə yadda qaldı.

Amma onu da deyək ki, Krikorovun qatıldığı konsertlərlər anşlaqla keçib.

2015-ci ildə Rusiyanın “Ekspress qazeta”sına “Rusiya erməniləri ittifaqı”nın vitse-prezidenti German Ananyans müsahibəsində deyir:” Filippin atası - Kirkoryan familiyalı xalis erməni, Bolqarıstandan və opera ifaçısı olan anası isə yəhudidir. 1915-ci ildə Türkiyədən ermənilərin bir qismi gəmi ilə Yunanıstana, bir qismi isə Bolqarıstana aparılıb.

Kirkoryan ailəsi belə ailələrdən biridir. Bolqarların arasında Filippin qohumları yoxdur. Aktyorlar arasında hətta belə bir zarafat da var:
“Ata və ananın yeganə övladı, qeyri-adi oğlandır. Bir baxın: ata erməni, ana yəhudi, oğul isə bolqardır.
Mən Filippə sual verdim: “Niyə öz əsil-nəcabətini gizlədirsən? Məgər ermənilər arasında istedadlı adam azdır: Aznavur, Şer, Leqran, Ciqarxanyan, Ayvazovski...”.
Buna cavab olaraq Filipp cavab verdi: “Mən indi erməni olduğumu deyə bilmərəm. Çünki uzun illər bolqar olduğumu demişəm. İnsanlar nə deyər?”.
Mən anlamadım. Larisa Dolina və ya Klara Novikova öz milliyyətləri haqqında elan vermirlər. Əsas odur ki, ermənilərə yardım etsin, eybi yox qoy desin ki, bolqardır”.


Xatırladaq ki, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşmənidir.O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb.

Nəhayət uzun illərdir erməni olduğundan qəti imtina edən sevimli Filipp Krikorovunuz erməni olduğunu boynuna alıb. Deməli, Rusiyanın Soçi şəhərində keçirilən “Yeni dalğa” beynəlxalq musiqi müsabiqəsinə ötən gün yekun vurulub. Həmin yekun konsertdə Rusiyanın xalq artisti Filipp Kirkorovda iştirak edib.

O Ermənistanın nümayəndəsi, 27 yaşlı Anahit Akopyanın səsindən o qədər “təsirlənib . Üçüncü gün Akopyan , bəstəkar Suzanna Tovmasyanın “Mənim yolum” əsərini ifa edib. Münsiflər heyətinin üzvlərindən Filipp Kirkorov Akopyanın çıxışını parlaq, virtuoz, dəbli, nəcib və saf adlandırıb və sonda bu sözləri bütün dünyada viral olub:”Mən Ermənistana pərəstiş edirəm, bu, mənim üçün sadəcə bir ölkə deyil, bu, əcdadlarımın vətənidir və nə vaxt erməni musiqisinə, düdüyə (bizim balaban musiqi alətimiz) qulaq assam, həmişə bu ölkəyə və öz ölkəsini hər zaman mükəmməl təmsil edən ifaçılara köklənirəm”.  

Kirkorov onu da qeyd edib ki, Akopyan gözəl, günəşli, qonaqpərvər, dadlı, istedadlı Ermənistanı mükəmməl təmsil edib.




Zatən , bu zat, erməni olduğunu hər addımda bildirib. O, 44 günlük müharibədə də ermənilərə dəstək verdi.

Dəfələrlə Azərbaycandanda konsertlər verib, milyonlar qazanan xalis erməni Filip müharibənin qızğın çağında sosial şəbəkədə erməni əsgər üçün dua etdi. Yadınızdadır, sosial şəbəkələrdə yayılan erməni əsgərinin fotosuna Filipp şərhdə onun üçün dua etdiyi!.

P.S. Filipə qucaq açan, onu sevən azərbaycanlı məmur və pərəstişkarları şəhid qanı tutsun... ayrı söz tapa bilmədim.

Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
adalet.az

1Mənbələr