AZ

Gömrük Komitəsi "Sarens Azerbaijan"ı cərimələdi

"Sarens Azerbaijan" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 27 Avqust 2024, 08:27   
Seçilən
10
7
pravda.az

9Mənbələr